12 İyun 2020 12:22
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda ilk dəfə virtual şəkildə "Son zəng" tədbiri başlayıb.

Teleqraf.com xəbər verir ki, 2019-2020-ci tədris ilinin məzunları üçün son zəng ötən illərdən fərqli olaraq Təhsil naziri Ceyhun Bayramov tərəfindən çalınıb.

Sonra bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunub.

Daha sonra 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.

Virtual "Son zəng"i “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləmək mümkündür.

Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin 11-ci siniflərini 80 646 şagird bitirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər