Çağrı mərkəzi sərt karantin rejimi günlərində xüsusi rejimdə işləyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Təcili yardımın, kommunal - işıq, su, qaz, lift xidmətlərinin "qaynar xətt"inə müraciət etməkdə və digər zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən vətəndaşlar 108 “Çağrı” Mərkəzinə zəng vurmaqla zəruri xidmət sahələri ilə əlaqələndiriləcəklər".
O əlavə edib ki, xüsusi təxirəsalınmaz hallar yarana bilər ki, bu hallarda müraciət etməyə imkan yoxdursa, vətəndaşlar 108-ə zəng edərək müraciət edə bilərlər: "Məsələn, vətəndaşlar yaşlı valideynləri ilə əlaqə saxlaya bilmirsə, "Çağrı" mərkəzindən istifadə edə bilərlər.
Yaxud da yolda hadisə baş verərsə, qəza, nasazlıq zamanı müraciət etməyə yer olmadıqda, "Çağrı" mərkəzinə məlumat verə bilərlər".