Çimərliklərdə bağlı məsələ ilə bağlı proqram hazırlanır.
Teleqraf.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Operativ Qərargahın bu günükü brifinqində deyib:
"Çimərliklər maksimum 400-500 adam tuta bilər. Ola bilər ki, ora 800 insan gəlsin. Bu səbəblə çimərliklərdə sayın tənzimlənməsinə nəzarət olacaq. Eyni zamanda, vətəndaşlar onlayn şəkildə çimərliklərə getdikləri zaman yer bron edə biləcəklər".
O bildirib ki, məişət tullantılarının atılması zaman sui-istifadə halları yaşana bilər: "Amma blokların yanında konteynerlər yerləşdirildiyi zaman, şəxsin gəzintisi üçün bəhanə qalmayacaq. Eyni zamanda bu konteynerlər yalnız tullatı qutuları uzaqda olan ərazilərdə yerləşdiriləcək".