12 İyun 2020 18:27
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yumşaldılmalara gedildikdən sonra yoluxma saylarında artım müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev Operativ Qərargahın bu günükü brifinqdə deyib:

"Bu səbəblə yoluxma sayı artan rayonlarda da sərt karantin rejimi tətbiq olunması barədə qərar tətbiq olunub".

O bildirib ki, Gəncədə həkim çatışmazlığı ilə bağlı məlumat araşdırılacaq: "Gəncədəki həkimin müraciəti xalqımıza ünvanlanan müraciətdir. Biz yalnız özümüzü yox, ailəmizi də qorumalıyıq.

İnsanlardan xahiş olunur ki, xəstəlikləri barədə əlamətləri gizlətməsinlər. Belə hallar xəstəliyə olan ciddi münasibətə ləkə vurur" .


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər