Serbiyada koronavirusla mübarizə çərçivəsində tətbiq olunan qaydaların bir qismi ayın əvvəlində aradan qaldırılıb.
Teleqraf.com xəbər verir ki, ölkədə yumuşaldılma tədbirləri çərçivəsində futbol yarışlarının izlənilməsinə də icazə verilib. 3 aylıq fasilədən sonra paytaxt Belqradda "Partizan" və "Qızılulduz" komandaları arasında yarış keçirilib. 25 min azərkeşin izlədiyi yarımfinal matçı zamanı tribunalarda izdiham müşahidə olunub.
Serbiya koronavirusla mübarizə üçün mart ayının ortalarından sərtləşdirmə tədbirləri tətbiq etmişdi. Yoluxma hallarının azalması səbəbilə futbol matçlarının azarkeşlərin müşayiəti ilə keçirilməsinə icazə verilib. Paralel olaraq mütəxəssislər yoluxma hallarının azalmasına baxmayaraq, maska və sosial məsafə qaydalarına riayət etməyin vacib olduğunu deyirlər.