13 İyun 2020 20:22
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi zamanı yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə koronavirusinfo.az saytı məlumat yayıb.

Məlumata görə, qeyd olunan 9 şəhər və rayonun sakinləri apteklərdən dərman vasitələrini sifariş vermək üçün (012) 914 və *7700 “Qaynar Xətt”inə və www.aptekonline.az internet səhifəsinə müraciət edə bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər