14 İyun 2020 11:26
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Gəncədə koronavirusa yoluxduğu üçün xəstəxanaya yerəşdirilən QHT rəhbəri evə buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə xəstəxanaya yerləşdirilən “Təmas” regional inkişaf ictimai birliyinin sədri Südabə Məmmədova özü məlumat verib.

O bildirib: "Mənə görə narahat olan sevimli , əziz dostlarim mən yaxşıyam və xəstəxanada edilən testin neqativ cavabına əsasən mən artıq evdəyəm. Hər kəsə dərin təşəkkürümü bildirirəm. Sizin sevginiz məni çox ruhlandırdı əzizlərim. Bəlkə də o sevginin nəticəsidir ki, mən indi evdəyəm. Və söz verdiyim kimi xəstəliyin olub olmaması, müalicə prosedurları və yayılma səbəbləri haqqında geniş yazı hazırlamışam və tezliklə ictimaiyyətə təqdim edəcəyəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər