Pekində koronavirusa yoluxma nəzarətə götürlməsə, ikinci dalğayla üz-üzə qalacağıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri çinli epidemioloq Zeng Gu-anq deyib. Onun sözlərinə görə, yeni yayılan virus əvvəlki növ virusa bənzəmir.
Məhdudiyyətlərin zəiflədilməsindən və ya ləğvindən sonra dünyada COVİD-19-a yolxuma yeni vüsət alıb. Ötən gün Çinin paytaxtında 57 nəfərdə virus aşkarlanıb. Son məlumata görə, bu ölkədə yoluxma sayı 49 olub.
Qonşu İranda son 24 saatda virusdan ölüm sayı yenidən üçrəqəmli (107) həddə çatıb, 2472 yeni yoluxma qeydə alınıb.
Rusiyanın paytaxtı Moskvada bir gündə 1477 nəfər koronavirusa yoluxub, ölü sayı 53 nəfər artıb.
Hindistanda son sutkada 11929 yoluxma, 311 ölüm olub.
Braziliyda son 24 saatda koronavirusdan ölənlərin sayı 1009-a çatıb, bununla ölkədə virusdan ölüm faktı 42837-yə yüksəlib. Bu ölkə Cənubi Amerikada koronavirusa yoluxma və ondan ölümün statistikasına görə liderdir.
Ötən gün Türkiyədə koronavirusa yoluxanların sayı ölənlərin sayını üstələyib - 1562 yoxumaya qarşı 1330 sağalma. 15 nəfər isə virsudan dünyasını dəyişib.
Misirdə bir gündə 62 nəfərin koronadan ölməsiylə virusdan can itkisi yeni rekord vurub.