16 İyun 2020 16:57
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci vitse-prezident Mehriban Əliyeva əməkdar artist Bəhram Bağırzadə haqqında sosial şəbəkədə paylaşım edib.

Teleqraf. com xəbər verir ki, Mehriban Əliyeva rəsmi feysbuk səhifəsində bu sözləri qeyd edib:

"Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edirlər. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm. Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik.

Tanrı xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun. Yaxınlarına və doğmalarına güc və səbr versin.

Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm.

Hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edirəm. Özünüzü, doğmalarınızı, yaxınlarınızı qoruyun. Uca Allah hamıya cansağlığı nəsib etsin".

Qeyd edək ki, Bəhram Bağırzadə koronavirusa görə iyunun 13-dən Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər