Dağıstan Respublikasında, Rusiya ilə Azərbaycan sərhədində qalan 155 nəfər avtobuslarla Vətənə təxliyə edilib.
Bu barədə Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir.
Qeyd edək ki, həftəlik qrafik çərçivəsində 19 mayda 120 nəfər, 26 mayda 131 nəfər, 2 iyunda 122 nəfər, 9 iyunda 130 nəfər vətəndaş “Samur” sərhəd buraxılış məntəqəsindən ölkəmizin ərazisinə keçib.