Koronavirus pandemiyasının nə zaman başa çatacağı sualını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Türkiyə üzrə Proqram direktoru, professor Toger Ergüder cavablandırıb.
Teleqraf.com-un məlumatına görə, ÜST nümayəndəsi bir neçə ssenarinin olduğunu deyib:
"Ya vaksin tapılacaq və 7 milyarda yaxın insan peyvənd olunacaq, ya da virus xəstələrini sağaldan dərman kəşf ediləcək. Başqa bir variantda virus mutasiyaya uğrayacaq və xəstələndirmək qabiliyyətini itirəcək.
Üçüncü ssenari daha pisdir, bu halda toplumun 60 faizi xəstəliyə yoluxub immunitet qazanacaq, virus yoluxdarmağa insan tapmayanda özü yox olacaq".
Professor Toger Ergüder bildirib ki, hazırda nə vaksin var, nə də dərman var, bu səbəbdən hər bir kəs maska taxıb 1,5 metr məsafə gözləməlidir.