17 İyun 2020 23:56
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq rəssamı Mayis Ağabəyov iyunun 17-də vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov məlumat verib.

Azərbaycan təsviri sənətinin inkişafında müstəsna xidmətləri olan Mayis Ağabəyov milli kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan sənətkarlardandır.

Mayis Ağabəyov 1941-ci il mayın 1-də Bakıda anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. 1972-ci ildə Rəssamlar İttifaqına üzv seçilmişdir.

Onun əsərləri dəfələrlə respublika və xarici ölkələrin sərgi salonlarında nümayiş etdirilmişdir. M.Ağabəyov əsasən kino və geyim rəssamlığı sahəsində tanınmış, dəzgah rəngkarlığı, qrafika sahəsində də orijinal əsərlər yaratmışdır. “Nizami”, “Nəsimi”, “Babək” və digər kimi 20-dən çox Azərbaycan filminin quruluşçu rəssamı olmuşdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər