Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, ölkəmizdə epidemioloji vəziyyət təhlil edilib və karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib.