18 İyun 2020 18:45
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda koronavirusla bağlı tətbiq olunan təcrübədə dünya ölkələrinin praktikası da nəzərə alınır.

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, dünya ölkələri tərəfindən Azərbaycan nümunəvi ölkə kimi qiymətləndirilir:

"Görülən tədbirlər infeksiyanın yayılmasının qarşısını almağa xidmət edir. Hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etsək, infeksiyanın yayılmasının qarşısını almağa öz töhfəmizi vermiş olacağıq".

O bildirib ki, yoluxma hallarının sağalanlarla müqayisədə artması bu gün sərt karantin rejiminin tətbiq olunmasına zərurət yaradır: "Tətbiq olunan qaydalar virusun aradan qaldırılması demək deyil. Vaksin tapılanadək irəlilədiyimiz bu yolda tətbiq olunan tədbirlər virusun yayılmasının qarşısını almağa xidmət edir"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər