18 İyun 2020 18:51
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Epidemioloji statistik göstəricilər qənaətbəxş deyil. Aparılan təhlillər göstərir ki, ölkəmizdə xəstəliyin yayılma sürəti yüksəkdir".

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Bu səbəblə bir sıra şəhər və rayonlarımızda ciddi karantin rejiminin təkrar tətbiq olunması barədə qərar qəbul olunub. Bu rejimi biz aprel ayında tətbiq etmişdik. Bu müddətdə insanların zəruri olmadığı hallarda evlərini tərk etməmələrini tövsiyə edirik".

O bildirib ki, alınan qərarlar statistik təhlillərin nəticələrinə əsasən qəbul olunub: "Operativ Qərargah və qərargahın tibbi heyəti sadəcə administrativ heyətdən ibarət deyil. Qərargahda ilk yaradılan gündən xaricdə təhsil almış yüksək ixtisaslı mütəxəssislər, tibb işçiləri yer alır. Eyni zamanda tibbi mütəxəssislərin yetişdirilməsi üçün işçi qrupları yaradılıb" .

O bildirib ki, REACT C-19 layihəsi çərçivəsində ölkəmizə xaricdə təhsil alan 19 həkim 3 ay ölkəmizdə fəaliyyət göstərib: "Ölkəmizdə tətbiq olunan qərarlar dünya ölkələrində müsbət qiymətləndirilib və 50 ölkə ilə aparılan video konfranslarda bir sıra qərarlar qəbul olunub".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər