"Koronavirusa yoluxanlar arasında mənim də qohumlarım, yaxınlarım var".
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.
"Təəssüf ki, onlar da digər vətəndaşlar kimi karantin qaydalarına riayət etməyib, ad günü, yas mərasimlərində bu virusa yoluxublar. Hətta həkimlərimiz arasında da qaydalara riayət etməyənlər var. Biz Azərbaycan Tibb Univerasitetinin dosentini itirdik. O da ad günündə koronavirusa yoluxmuşdu. Özü öldü, hazırda ailə üzvləri xəstəxanada müalicə alırlar", - deyə Ramin Bayramlı qeyd edib.