"Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri müqəddəs Qurban bayramı münasibətilə “Hər ay bir gün” adlı növbəti aksiyanı Şəhidlər və 2-ci Fəxri Xiyabanda həyata keçirib.
Birliyin sədri Sevinc Əzimbəylinin verdiyi məlumata görə, il boyunca “Yeni Üfüq”ün gəncləri məmləkətimizin qəhrəman şəhid övladlarının xatirəsini əziz tutaraq bu aksiyasını davam etdirməkdədir:
“Əsas hədəfimiz ölkəmizdə milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik hisslərinin gənclərimiz arasında yüksəltməkdən ibarətdir. Bu gün də gənc “Yeni Üfüq”çülər mübarək bayram günündə müqəddəs şəhidlərimizi ziyarət edərək onların məzarları üzərində, eləcə də ətrafda geniş təmizlik işlərini həyata keçiriblər”.
S.Əzimbəylinin sözlərinə görə, əsas məqsəd ölkədə milli-vətənpərvərlik duyğularının gənclər arasında yüksəlişinə nail olmaq və şəhidlərin doğmalarına cəmiyyətin biganə qalmadığını nümayiş etdirməkdən ibarətdir.