Xüsusi karantin rejimində taksi fəaliyyətinə məhdudiyyətlər qoyulmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Müştəri ilə sürücü arasında şəffaf arakəsmələr olmalıdır. Eyni zamanda sürücü və müştərilər mütləq maskadan istifadə etməlidir".
Kamran Əliyev vətəndaşlara müraciət edib ki, zərurət olmadığı halda evi tərk etməsinlər: "Bəzən vətəndaşlar posta yaxınlaşanda SMS icazələri alırlar. Xahiş edirik ki, belə hallar yaşanmasın".