Ötən çıxışımda da bildirdim ki, icazəsi olmayan şəxslər postdan buraxılmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Buna baxmayaraq bəziləri qaydaları pozaraq, torpaq yolla postu keçməyə cəhd etdi. Həmin şəxslərin araşdırılması işi davam edir. Artıq kim hansı yolu keçəcək, müşahidə kameralarında qeydə alınacaqsa, inzibati məsuliyyətə cəlb olunacaqlar".
O qeyd edib ki, yalnız icazəsi olan şəxslər postdan buraxılıb: "Bəli, say çox görülə bilər. Lakin qərara baxdıqda görünür ki, nə qədər xidmət sahəsi qeydiyyatdan keçə bilər. Digər rayonlara getmək üçün mütləq qaydada əməkdaşlarda ezamiyyə sənədi olmalıdır".