Rezidentura pilləsində hər hansı güzəşt olmayacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
Onun sözlərinə görə, rezidentura pilləsində təhsil alan şəxslər gələcəyin həkimləridir və onlara insanların həyatı həvalə olunur: "Hansı güzəştdən söhbət gedə bilər? Balları aşağı salmaqla yaxşı həkimləri seçə bilməyəcəyik. Bizim gənclər çox yaxşı nəticə göstərirlər. Uzun illər balların aşağı salınması halı olmayıb, ümidvaram bu il də olmayacaq".