20 İyun 2020 13:50
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il ali məktəblərə sənəd verənlərin sayı ötən illə müqayisədə 8 min nəfər çoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında bildirib.

O qeyd edib ki, keçən il məzunların sayı 80 min idi, onların 67 mini sənəd vermişdi:
“Bu il də 80 min məzundan 67 266-sı ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Amma keçən illərdə əvvəlki illərin məzunu 16900 idi, bu il isə 24528 nəfərdir. Həmin şəxslər də mütləq buraxılış imtahanı verməlidir, onların da imtahanının təşkili ilə məşğul olmalıyıq”.

Məleykə Abbaszadə bildirib ki, onlar həm Bakıda, həm rayonlardadır: “Bu, çox mürəkkəb məsələdir, ortada logistika problemləri də var. Məzunlara faktiki yaşadığı yerdə imtahan təşkil etməliyik ki, ölkəiçi gəliş-gediş olmasın”.
DİM Direktorlar Şurasının sədri onu da qeyd edib ki, xüsusi karantin rejimi tətbiq olunan bölgələrdə imtahan keçirilməsinə nə vaxt icazə verilsə, o zaman da imtahan keçiriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər