21 İyun 2020 08:09
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 21-i Bakı vaxtı ilə saat 01:43:42-də Azərbaycana yay fəsli daxil olub. Bununla da təqvim üzrə yaz fəsli başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə olur. Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsi qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər