22 İyun 2020 13:19
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Abşeron rayonunda apardığı əməliyyatla bağlı daha bir qeyri-rəsmi informasiya yayılıb.

Sosial şəbəkələrdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının bütün müavinlərinin saxlanıldığı, icra başçısı İradə Gülməmmədovanın isə otağında sorğu-sual edildiyi iddia edilib.

Yayılan məlumatla bağlı Axar.az-a açıqlama verən Abşeron icra başçısının köməkçisi Fuad Xəlilov bildirib ki, məlumat doğru deyil:

“Hazırda hamı iş başındadır. Karantinlə əlaqədar kimin icazəsi varsa, o, işə çıxır. Başçı və başçının müavinlər də iş başındadır”.

Baş Prokurorluqdan isə qeyd edilib ki, yayılan məlumatlarla bağlı açıqlama veriləcək.

Qeyd edək ki, bundan öncə Abşeron RİH-in Memarlıq İdarəsinin rəisi Akif Əliyevin və daha iki şəxsin saxlanıldığı iddia edilmişdi.

Xəbər yenilənəcək...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər