22 İyun 2020 14:40
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron Rayon İcra Hakimiyyətində heç bir əməliyyat keçirilməyib.

Bu barədə Teleqraf.com-a Abşeron rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir: "Bir neçə kütləvi informasiya vasitəsində Abşeron rayon İcra Hakimiyyətinin binasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və müavinlərin həbs olunması barədə məlumatlar dərc edilib. Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat ximəti olaraq bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Rayon İcra Hakimiyyətinin binasında əməliyyat həyata keçirilməyib və müavinlər həbs olunmayıb. Hazırda müavinlərin hər biri iş başındadır".

"Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti də məlumat yayaraq bildirib ki, bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb, cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur”, - deyə məlumatda qeyd olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər