Eks-spiker Rəsul Quliyevin bacısı koronavirusdan dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, 80-dən artıq yaşı olan Ceyran xanım bir neçə gün öncə COVİD-19 testindən keçib və nəticə pozitiv olub. Həkimlərin və yaxınlarının səylərinə baxmayaraq, C. Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.