23 İyun 2020 17:06
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi, birinci qrup əlil Cavid Həsənli əməliyyat olunaraq əlil arabasından qurtulub.

Teleqraf.com-un məlumatına görə, Cavid Həsənlinin xəstəliyi 7 yaşından başlayıb və orta təhsilini evdə tamamlayıb. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə qəbul olunub. 3-cü kursda oxuyarkən səhhəti ağırlaşıb və təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üzləşib. Əməliyyat üçün tələb olunan böyük məbləği ödəmək imkanında olmayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə bir il ərzində Bakıda müxtəlif xəstəxanalarda 4 dəfə əməliyyat olunub və nəhayət, əlil arabasından xilas olub. Təhsilini davam etdirmək imkanı qazanan Cavid Həsənli artıq məzun olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər