23 İyun 2020 19:48
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu imzalayıb.

Teleqraf.com-un məlumatına görə, İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

1. 116.1-ci maddəyə “532,” rəqəmlərindən sonra “533-1,” rəqəmləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 533-1-ci maddə əlavə edilsin:

“Maddə 533-1. Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə-

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər