24 İyun 2020 14:53
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taxıl əkini sahələrinin həcminə görə ilk beşlikdə olan Ağsu rayonunda arpa biçini yekunlaşmaq üzrədir.

Teleqraf.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib.

O bildirib ki, bu il rayonda 35728 hektar sahədə payızlıq taxıl əkilib: “Bunlardan 18497 hektarı buğda, 17231 hektarı arpa sahələridir. Bugünədək Ağsuda 16830 hektar sahədə arpa biçini aparılıb, sahələrdən 55280 ton məhsul yığılıb.

Arpa üzrə orta məhsuldarlıq 32,8 sentner təşkil edir. İyunun 23-nə olan operativ məlumata görə, rayon üzrə buğda sahələrinin 9770 hektarında biçin başa çatıb. Sahələrdən 32210 ton buğda yığılıb ki, bu da orta məhsuldarlığın 33 sentner olması deməkdir”.

Qurum rəsmisinin sözlərinə görə, hazırda rayonda biçin prosesinə 78 kombayn cəlb olunub: “Bunlardan 14-ü "Aqrolizinq" ASC-nin rayon bölməsinin balansında olan kombaynlardır, biçin prosesini sürətləndirmək üçün "Aqrolizinq" tərəfindən Ağsuya 4 əlavə kombayn dislokasiya olunub. Biçində həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 60 kombayn da iştirak edir. Rayonda biçin prosesinin optimal müddətdə başa çatacağı gözlənilir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər