Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Anar Cəfərov Ağstafa, Vasif Süleymanov Ağdam, Vahid Məmmədov Cəlilabad, İlkin Mustafayev Laçın rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.
Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Rəşad Bəşirova Qax, Vəli Mustafayevə Masallı, Adil Vəliyevə Saatlı, Rasim Musayevə Zaqatala, Əli Əliyevə Astara, Nəsif Nəcəfova isə Neftçala rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.
Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.
***
15:40
Azərbaycanda prokurorluq orqanlarında yeni təyinat olub.
Teleqraf.com xəbər verir ki, Baş prokuror Kamran Əliyevin imzaldığı əmri ilə Astara rayon prokuroru Qabil Qasımov tutduğu vəzifədən azad olunaraq Baş prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Bundan başqa, baş prokurorun əmri ilə Nəsif Nəcəfov Neftçala, Anar Cəfərov Ağstafa, Adil Vəliyev isə Saatlı rayonlarına prokuror təyin olunublar.