25 İyun 2020 17:12
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi vətəndaşlarımız xəstəliyin çox ciddi fəsadlara səbəb olduğunu dərk edib ciddi yanaşırlar.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Məsuliyyətli vətəndaşlardan məlumatlar daxil olur ki, bəzi insanlar məhəllədaxili küçələrdə toplaşıb, maskadan istifadə etmirlər. Yaşından asılı olmayaraq hər kəs bu məsuliyyəti dərk etməlidir. Elə ailələr var ki, böyüklərdə test nəticəsi neqativ olsa da, uşaqlarda pozitiv çıxır. Buna görə xahiş edirik ki, həyətlərdə uşaqların oynamasına diqqət etsinlər", - deyə o bildirib.

Yaqut Qarayeva qeyd edib ki, parklar açıq olsa da, vətəndaşlar məsuliyyətli yanaşmalıdır: "Əks halda biz qapanmadan arzu olunan nəticəni əldə edə bilmərik. Xahiş edirəm ki, qaydalara riayət edək"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər