25 İyun 2020 17:18
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırkı pandemiyanın yaratdığı təhdid və təhlükə dünyanın və BMT-nin görmədiyi dəhşətli təhlükədir.

Teleqraf.com xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Hazırda bildiyiniz kimi bu pandemiya insanların həm iqtisadi, həm də sosial həyatına çox ciddi təsir edir. Pandemiya cəmiyyətin kifayət qədər böyük sahələrinə öz təsirini göstərməkdədir. Hazırda bu virus seçib hansısa ölkələri, bölgələri hədəfə almır. Səhhətində problem olan və olmayan insanların hər birinə yoluxub, onların sağlamlığına ciddi təsir edə bilər".

O qeyd edib ki, bu səbəbdən BMT-nin baş katibi hər kəsi qlobal həmrəyliyə çağırıb: "Ölkələr və vətəndaşlar arasında həmrəylik olmalıdır. Hökumətlər yalnız öz gücü hesabına bu pandemiyaya qalib gələ bilməyəcək. Bizim hər birimizin öz məsuliyyəti var. Məhz bu səbəblə birlik olub, pandemiyaya qalib gəlməliyik".

Qulam İshaqzai bildirib ki, bu işdə hər birimiz kiçik addımlarla belə tövhə verə bilərik: "Burada gigiyena qaydaları, sosial məsafə vərdişlərində edilən dəyişikliklərdən söhbət gedir. Eyni zamanda simptomlu insanların özünü təcridi kimi kiçik addımlarla hər birimizin xüsusi öhdəliyi var".

İshaqzai əlavə edib ki, həm Azərbaycanda, həm də dünyada təcrid proseslərində yorğunluq var: "Bəziləri işə getmək istəyir, pandemiya səbəbilə hər kəs ziyanla üzləşir. Lakin virusa qalib gəlmədikcə ölkələrdə iqtisadiyyatln bərpası mümkün olmayacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər