Biz fevral ayında ölkəmizə virusun kənardan gəlməsinin qarşısını aldıq. Çox sərt qaydalar tətbiq etməklə virusun gəlişini önlədik.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Amma virus ölkəyə daxil olduqdan sonra cəmiyyət arasında yayılmağa başladı. Artıq rəsmi qurumların gördüyü tədbirlər nəticə vermir. Əgər cəmiyyətin hər bir fərdi özünü qorumursa, bunun qarşısını almaq mümkün deyil.
Məsuliyyətin böyük hissəsi vətəndaşlarımızın üzərinə düşdü, təəssüf ki, onlar bizə dəstək olmadılar. Biz yenə vəziyyəti idarə etməyə çalışırıq".
O qeyd edib ki, hazırkı yoluxma statistikası beynəlxalq uçuşlarla əlaqəli deyil: "Virus insanlar arasında yayılır. Hazırda daha çox ailələr arasında virus yayılıb. Bizim üçün nə qədər çətin olsa da, özümüzü bir müddət yaxınlarımızdan uzaq saxlamalıyıq".