REACT C-19-un 3 aylıq müddəti başa çatdıqdan sonra layihə bitəcək və bu həkimlər işlərini dayandıracaqlar.
Bunu Teleqraf.com-a açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, REACT C-19 bitdikdən sonra yeni bir layihəyə yol açacaq:
"Hazırda əməkdaşlarımızla yeni layihənin üzərində işləyirik. Əməkdaşlarımız həm beynəlxalq, həm yerli mütəxəssislərdir. Yeni başladılacaq layihə REACT C-19-un eynisi olmayacaq. Burada öyrəndiklərimizi orada tətbiq edəcəyik. Layihədə yenidən xaricdən gətiriləcək həmyerlilərimizin iştirakı ilə bağlı hələki məlumat yoxdur"