27 İyun 2020 16:47
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə ölkəmizdə pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Müzakirədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin, Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, həmin şəhər və rayonların baş həkimləri, habelə Bakı şəhərinin koronavirus xəstlərinin müalicəsinə cəlb olunmuş 4 böyük xəstəxanasının rəhbərləri iştirak ediblər.

Qeyd olunub ki, iyunun ortalarından başlayaraq ölkəmizdə COVID-19-a yoluxma halları çoxalıb və bu hökuməti ciddi narahat edir.

Baş Nazir Əli Əsədov qeyd edib ki, Prezident İlham Əliyev Gəncə şəhərindəki çıxışı zamanı ölkəmizdə Pandemiya ilə mübarizənin milli təhlükəsizlik məsələsi olduğunu bildirib və bu işi dövlətin ən mühüm prioriteti elan edib.

Baş Nazir bildirib ki, karantin rejiminin tətbiqindən sonra ötən dövr ərzində görülmüş işlərin nəticəsində xəstəliklə mübarizədə müsbət tendensiya müşahidə olunmaqdadır, ancaq biz arxayınlaşmamalıyıq və çarpayıların sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi işini sürətləndirmək lazımdır.

Müşavirədə problemlər də müzakirə olunub və Baş Nazir müvafiq tapşırıqlar verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər