2 May 2014 15:48
699

Prezident İlham Əliyev ağac kəsilməsinə növbəti dəfə etiraz edib. Prezident ona təqdim olunan Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemini bəyənməyib.

Dövlət başçısı 28 kilometr uzunluğunda yolun yenidən qurulması və dördzolaqlı olması ilə razılaşmayıb: “Dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm”.

Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov Teleqraf.com-a açıqlamasında ekoloji ziyan hesabına infrastruktur genişləndirilməsini yolverilməz sayıb: “Ağacların kəsilməsi ağrılı məsələdir. Paytaxtda ağac kəsilməsinə daha çox yol verilir. Sumqayıt-Bakı yolunda həmişə tıxac olur. “20 yanvar” metrosu ilə yeni Avtovağzal dairəsi arasında yolların genişləndirilməsi üçün nə qədər ağaclar kəsilib. Ancaq şəhərə giriş tutumunu dəyişdirmək mümkün olmayıb. Həmin sahədə tıxacı aradan qaldırmaq üçün gərək şəhərə giriş başqa səmtdən olsun.

Tıxacı yaradan səbəblər qalıb kənarda, bu sahədə fəaliyyət göstərən qurumlar özlərinə sərf edən formada iş aparır. Yolların genişləndirilməsinə nə qədər maliyyə vəsaiti sərf olunur. Amma ortada heç bir effekt, səbəb-nəticə yoxdur. Ağacların kəsilməsi ölkəyə ekoloji cəhətdən böyük ziyan vurur”.

SEVİNC


Müəllif:
Загрузка...