8 Oktyabr 2014 10:57
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elektron hökumət” portalı elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi üçün öz üzərinə düşən öhdəlikləri mərhələli şəkildə icra edir.

Teleqraf.com xəbər verir ki, Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, hazırda portala 41 qurum üzrə 374 e-xidmət inteqrasiya edilib. Portalın istifadəsini rahat etmək, eyni zamanda istifadəçilərin irad və təkliflərinin öyrənilərək nəzərə alınması məqsədi ilə “Mənim xidmətlərim”, “Əks Əlaqə”, “Məktub Yaz”, “Əlilliyi olan Şəxslər üçün Onlayn Müraciət”, “E-gov Fikir Bankı” kimi istifadəçiyönümlü servislər portalda əhalinin istifadəsinə verilib.

Bu günə qədər Bakı üzrə 53851 vətəndaş kod-parol əldə ediblər ki, onlardan 49554-ü onlayn qeydiyyatdan keçib, 4297-i qeydiyyat mərkəzlərindən kod-parol alıblar.

Sumqayıt şəhəri üzrə ümumilikdə 7185 vətəndaş qeydiyyatdan keçib, onlardan 6796-sı onlayn qeydiyyatdan keçərək kod-parol əldə edib, qalan 389-u qeydiyyat mərkəzlərindən kod-parol alıblar.
Gəncə şəhəri üzrə isə 6671 nəfər onlayn qeydiyyatdan keçib, 274 nəfər qeydiyyat mərkəzlərindən kod-parol alıblar.

Bu günə qədər ümumilikdə, 122701 istifadəçi qeydiyyatdan keçib, onların 114211 nəfəri onlayn qeydiyyatdan keçib, 8490 nəfəri isə qeydiyyat mərkəzlərindən kod-parol alıblar.

Qeyd edək ki, “Elektron hökumət” portalı e-xidmətlərin çeşidinin və keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, rahat, istifadəçiyönümlü interfeys əldə etmək üçün hazırda bir sıra innovativ metodlar üzərində işləməkdə davam edir.

İlhamə


Müəllif:

Oxşar xəbərlər