8103 SMS icazə sisteminə dəyişiklik edilib.
Bu barədə Teleqraf.com-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
Onun sözlərinə görə, dəyişikliyə əsasən, bundan sonra SMS icazə sistemindən gün ərzində yalnız bir dəfə istifadə mümkün olacaq:
“Agentlik tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. Sui-istifadə halları ilə bağlı xəbərdarlıqlara baxmayaraq, gün ərzində 1 və 2 kodundan istifadə edənlər var idi.
Əvvəllər vətəndaş gün ərzində hər iki koddan, yəni 1 və 2-dən istifadə edə bilirdi. Artıq gün ərzində 1 kodundan istifadə edərək icazə alan vətəndaş həmin gün 2 kodu vasitəsilə icazə ala bilməyəcək. Məhdudiyyətin tətbiqi vətəndaş məsuliyyətsizliyi ilə bağlıdır”.