29 İyun 2020 18:08
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:

Ərizə

Şəxsiyyət vəsiqəsi

Diplom

İnternatura vəsiqəsi

Sertifikat

Əmək kitabçası


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər