30 İyun 2020 11:29
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasının iki üzvü yeni növ koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkədə yazıb.

O, qeyd edib ki, bu günə olan məlumata görə 2 vəkil COVID-19-a yoluxub, xəstəliklə mübarizə aparırlar: "Onların hər ikisi ilə danışmışam. 24 saat ərzində istənilən məsələ üzrə müraciət etmələrini xahiş etmişəm, narahatlığımı bildirmişəm.

Vəkil Çimnaz Eyyubova ilə bir az olar danışdım, sağlamlıq durumu kafidir, ev şəraitində müalicə olunur, bütün vəkillərimizin salamını və dəstəyini ona bildirdim, çox sevindi. Çimnaz xanım təcrübəli vəkildir, 20 ildən çoxdur ki, Vəkillər Kollegiyasının üzvüdür, mübarizdir, güclü iradəyə malikdir, bu xəstəliyə qalib gələcəyinə əminəm.

Böyük vəkil birliyimiz, ailəmiz hər zaman dəyərli vəkillərimizin yanındadır. Allah bütün xəstələrə, o cümlədən, bizim xəstəlikdən əziyyət çəkən vəkillərimizə şəfa versin!".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər