30 İyun 2020 12:26
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəstə Təbəssüm Məmmədova 22 may tarixində şiddətli ağrı və qanaxma, çəki itirmə şikayətləri ilə xəstəxanaya gəlib. O, may ayında müxtəlif xəstəxanalara müraciət edib, onda qarın boşluğu, ağciyərdə müxtəlif damar genişlənməsi müşahidə olunub.

Teleqraf.con xəbər verir ki, bunu “Bona Dea” Beynəlxalq Hospitalın tibbi onkoloqu Altay Əliyev Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı yaranmış qalmaqala həsr olunan mətbuat konfransında deyib:

"Biz xəstəyə müvafiq prosedurları izah etdik, biopsi etdik. Xəstənin vəziyyəti ağır idi. Onkologiyada təcili xilas etmə dediyimiz müalicə üsulu ilə onun xilas faizi çox aşağı idi. Bu müddətdə xəstə yaxınlarına müvafiq bilgilər verildi. Avropa xəstəxanaları ilə danışıqlar aparıldı və ortaq nəticə ilə kimyaterapiya tətbiq olundu. Lakin xəstədə qanaxma davam etdi".

Altay Əliyev qeyd edib ki, müalicə zamanı müəyyən müsbət nəticələr də əldə olunub: "Buna baxmayaraq 22 gün sonra xəstəni itirdik. Belə xəstələrin xilas ehtimalı 29 faiz olsa da, xəstə yaxınları üçün bu, böyük rəqəmdir.

Tibb elmində xəstə üçün əlindən gələni etməlisən. Ailənin bu cür dərdinin cəmiyyətə fərqli şəkildə çatdırılması həkimlərin xəstə seçməsinə maneə yaradacaq. Həkimlər bundan sonra ittihamlardan ehtiyatlanaraq xəstələrin müalicəsindən çəkinəcəklər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər