Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən rayonun ərazisindəki Aslan-Əyricə meşəbəyliyinin 17 saylı dolayında müxtəlif cinsli dörd ağacın kəsilməsi faktı aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, araşdırma zamanı ağacların Bərdə rayonu Qaradağlı kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi müəyyən olunub.
Faktla bağlı akt, protokol tərtib olunub və N.Əhmədov 1435 manat məbləğində cərimə edilib.