Artıq Bakı-İstanbul-Bakı reysi üzrə çarter reysləri təşkil olunur. Bu reyslərdə test verən vətəndaşlar neqativ nəticə ilə səyahət edir və karantində saxlanılmırlar.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Bu qəbildən olan sərnişinlərə 2 həftə evdən çıxmamaq tapşırılır və onlara SMS icazə verilmir".
O bildirib ki, bu gün Azərbaycan və Rusiya arasında əməkdaşlıq və qarşılıqlı anlaşma nəticəsinə 250 vətəndaş ölkəyə gətirilib.
Prezidentin köməkçisi əlavə edib ki, ÜST ilə Azərbaycan arasında əməkdaşlığın tərkib hissəsi kimi REACT C-19 layihəsi həyata keçirilib: "Yerli həkimlərimiz ölkəmizə gəldilər və öz təcrübələrini bizimlə bölüşdülər".