1 İyul 2020 14:30
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahdağ Milli Parkının əməkdaşları Milli Parkın Qəbələ bölməsinin Bum meşəbəyliyinin ərazisində müxtəlif cinsli 16 ağacın kəsildiyi və təbiətə 4 218 manat məbləğində ziyan dəydiyi müəyyən edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, araşdırma zamanı ağacların Qəbələ rayon Tikanı kənd sakinləri Asim və Hidayət Şəfiyevlər tərəfindən kəsildiyi aşkar edilib.

Faktla bağlı qanun pozucuları barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Qəbələ rayon Prokurorluğuna göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər