Xaricdə doktorantura təhsilinin maliyyələşmə prosesi iki istiqamətdə aparılır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Nicat Məmmədli onlayn konfrans zamanı deyib.
Onun sözlərinə görə, bunlardan biri tələbələrin təhsil haqqının ödənilməsi, ikincisi isə yaşayış xərclərinin qarşılanmasıdır:
“Burada əsas meyar tələbənin təhsil aldığı şəhərin standarları olacaq. Əgər dərslərin onlayn formada keçilməsi nəzərdə tutularsa, xərclərin qarşılanması məsələsinə yenidən baxılacaq”.