8 Oktyabr 2014 13:52
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macar oxucuları XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri, yazıçı, dramaturq, ictimai xadim və diplomat Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) seçilmiş hekayələri ilə ana dilində tanış olmaq imkanı qazanacaqlar.

Azərbaycanın Macarıstandakı Səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, əsərləri orijinaldan Bakı Dövlət Universitetinin məzunu, azərbaycanşünas-alim, hazırda Budapeştdəki Eötvöş Lorand universitetinin türkologiya bölümündə çalışan Mariya Keneşi tərcümə edib.

Səfir Vilayət Quliyev nəşrə görkəmli yazıçının həyat yolundan və yaradıcılıq özünəməxsusluqlarından bəhs edən müqəddimə yazıb.

Azərbaycan ədəbiyyatının təbliğinə xidmət edən bu kitablar, bir qayda olaraq, Macarıstan kitabxanalarına və universitetlərinə hədiyyə olunur. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının təbliğinə xidmət edir.

İndiyədək Səfirliyin dəstəyi ilə “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Oğuzxan” dastanları, Məhəmməd Füzulinin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Mir Cəlalın əsərləri, Azərbaycan xalçasına və mətbəxinə dair kitablar Budapeştin müxtəlif nəşriyyatlarında macar dilində çap edilib.


Müəllif:

Oxşar xəbərlər