8 Oktyabr 2014 19:35
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 10-dan noyabrın 8-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Rusiya Etnoqrafiya muzeyinin külliyyatından (Sankt- Peterburq) “Qafqazın və Mərkəzi Asiyanın ənənəvi tekstili- Böyük İpək Yolunun mirası” adlı sərgi açılacaq .

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Rusiya Etnoqrafiya muzeyinin külliyyatından olan etnoqrafik abidələri tərənnüm edən sərgi ənənəvi mədəniyyətin vacib sahələrindən biri olan tekstil sənətkarlığına həsr edilib. Sərginin əsas məqsədlərindən biri Orta Asiya və Qafqaz ərazilərindən keçən bütün tarixi magistral xətlərdə digər bədii məmulatların istehsalı ilə bərabər inkişaf etmiş tekstil hasilatı ilə zəngin olmasını göstərmək; bayram və gündəlik geyimlərdə, mərasim və sosial münasibətlərdə işlənən ipək parçaların yerli xüsusiyyətlərlə zəngin olmasını əks etdirməkdir. Sərginin digər məqsədi toxuculuq işinin regional spesifikası haqqında təsəvvürləri daha dolğun göstərmək, ipək və yun parçaların bu iki region xalqlarının mədəniyyətlərində nisbətini qeyd etməkdən ibarətdir.

Sərgidə Mərkəzi Asiya və Qafqaz xalqlarının ənənəvi mədəniyyətlərində tekstilin yerini, eləcə də onun mövcudluğunu xarakterizə edən 350-yə yaxın əşya (toxuculuq alətləri və maşınları, kostyum kompleksləri, interyer əşyaları, minik və yük heyvanları, parça nümunələri, xalça və naxışlar, toy mərasimi atributları, islam ayinlərinə məxsus əşyalar və s.) nümayiş olunacaq.

Sərgidə Qafqaz və Mərkəzi Asiya xalqlarının toy mərasiminin unikal atributları, o cümlədən yenicə ailə quranlar üçün qurama pərdələr, naxışlı yataqüstü örtüklər, bayraq və noqay toy çadırı üçün bəzəklər, hədiyyə əşyaları nümayiş etdiriləcək.

Bu sərginin materialları 2012-ci ildə Valensiya muzeyində, 2014-cü ilin yayında isə Astana şəhərində sərgilənib.


Müəllif:

Oxşar xəbərlər