8 Oktyabr 2014 19:43
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin üçüncü rübü Məlumat Hesablama Mərkəzi (MHM) üçün səmərəli keçib. Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, cari ilin 1 iyulundan tətbiqinə başlanılan əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması işə götürənlərin və işçilərin diqqətini “Elektron hökumət” portalına, bilavasitə “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və digər xidmətlərə yönəldib.

Teleqraf.com xəbər verir ki, qeyd olunan e-xidmət vasitəsilə əmək müqavilələrinin qeydiyyata alınması avtomatlaşdırılmış və qeydiyyata alınan müqavilələr Elektron İnformasiya Sistemində toplanılıb.

Sistem yeni tətbiq edildiyi bütün müəssisələr "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi", qısa vaxt ərzində e-imza sertifikatlarını əldə etməyə çalışıblar. Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və s. yeni e-xidmətləri portala inteqrasiya edilmiş, “Mənim xidmətlərim”, “Əks-əlaqə” kimi servislər istifadəyə verilib.

MHM, "Easypay” MMC və Telekommunikasiya qovşaqları ilə vətəndaşların rahatlığının təmin olunması məqsədilə, rabitə xidmət haqlarının "Easypay” ödəmə terminalları vasitəsilə ödənilməsi üçün müqavilələr imzalanıb və billinq sistemi yazılaraq əhalinin istifadəsinə verilib.

MHM və "Bank of Baku"nun birgə layihəsi olan "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə vətəndaş nəinki, iş yerindən arayış əldə etməyə vaxt sərf etmir, hətta elektron kredit sifarişindən də yararlana bilir. Belə bir layihə "Unibank" Kommersiya Bankı ASC ilə də hazırlanaraq, yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək.

2014-cü ilin ikinci yarısının ilk rübü MHM-in kollektivi üçün həm də sevindirici və qürurverici hadisələrlə yadda qalıb. MHM "ISO/İEC 27001:2005” (İSO 27001) beynəlxalq standart sertifikatı əldə edib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər