2 İyul 2020 12:02
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı və Bakıətrafı ərazilərdə polis karantin postlarının götürülməsində sui-istifadə hallarına yol verilməməlidir.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, postların götürülməsində istifadə edib icazəsiz evdən çıxanlar qanunvericiliyin tələblərinə uyğun aşkarlanaraq məsuliyyətə cəlb ediləcək: "Xahiş edirik, hər kəs sərtləşdirilmiş karantin rejiminə ciddi riayət eləsin. Sms icazəsi olmayanlar çölə çıxmasın, yaşayış yerini tərk etməsinlər. Kimsə icazə portalında qeydə alınıbsa, ondan təyinatı üzrə istifadə eləsin.

Polis postlarının götürülməsindən sui-istifadə hallarına yol verilməməlidir. Bu, hər kəsin ziyanına işləyə bilər. İnsanların təcrid olunması, təmasın azaldılması vətəndaşlarımızın sağlamlığı ilə bağlıdır".

Kamran Əliyev qeyd edib ki, karantin qaydalarını pozan şəxslər aşkarlanarsa, həmin şəxs barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək".


Müəllif: Teleqraf.com