2 İyul 2020 20:15
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 4-ü saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 2-də qərar verib.

Qeyd edək ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər