2 İyul 2020 23:56
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İyun ayının 20-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi “Sosial şəbəkələr vasitəsi ilə COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı maarıfləndirmə işinin təşkili” layihəsinə başlamışıq. 30 minlik Feysbuk səhifəsi vasitəsi ilə 1 milyon vətəndaşımızı koronavirusla mübarizədə maarifləndirməyi qarşımıza məqsəd qoymuşuq. Təbii ki, söhbət pullu reklam vasitəsindən gedir”.

Bunu Teleqraf.com-a BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, 1 milyon vətəndaşa məlumatın çatdırılması Feysbuk sosial şəbəkəsinin ödənişli reklam əsasında həyata keçiriləcək:

“Layihəmiz 4 ay nəzərdə tutulub. Əslində, bizim layihəmiz mart ayında qalib elan olunub. Koronavurusla bağlı məlumatı hər dəfə yaydıqda, həm səhifədə olan 30 000 üzv görəcək, həm də qeyd etdiyim kimi, ödəniş əsasında yüz minlərlə şəxsə göndərəcəyik. Hesablarımıza görə, layihənin sonda 1 milyon şəxsə məlumat göndərə biləcəyik. Bilirsiniz ki, bu gün Azərbaycanda cəmi 4 milyon şəxs Feysbuk istifdəçisidir. Yəni 1 milyon şəxsə təşkilatımızın məlumat göndərməsi çox böyük rəqəmdir."

Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin virusla mübarizədə həyata keçirdiyi çevik siyasət və doğru qərarları nəticəsində ölkəmizdə ölüm sayı 213 ölkə arasında sonuncu yerlərdədir:

“İlk gündən cənab prezident öz vətəndaşının qorunması siyasətinə üstünlük verdi. Azətminatlı ailələrə, işsizlərə birdəflik yardımın verilməsi, 200 mindən artıq vətəndaşa ərzaq və tibbi yardımların olunması, sahibkarla dəstək və 10 modul tipli xəstəxananın qısa müddətdə tikilməsi barədə sərəncamın olması, koronavirusa qarşı mübarizə fondunun yardılması və 120 milyon manat vəsaitin toplanması, dövlət büdcəsindən 4 milyard manata yaxı vəsaitin ayrılması məhz İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsiydi”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər